- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybol millimizin kapitanı Ayşən Abduləzimova qitə çempionatında çıxışı dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, “Vaşaş”ın diaqonal hücumçusu komandanın dövrünün ən uğursuz nəticəsinə belə izah verib:
“Avropa çempionatının bizim üçün belə nəticə ilə bitdiyinə çox təəssüflənirəm. Məlum səbəblərdən yığma komandamız istənilən oyunu göstərə bilmədi. Bu, elə bir vəziyyətdir ki, hər komanda üzləşə bilər. Əlbəttə ki, bəhanə deyil. Sadəcə, yarışın bizim üçün belə bitməsini biz özümüz də istəməzdik.
Qitə birinciliyində çıxış etdiyimiz bu günlərdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məğlub olmağımıza baxmayaraq, oyunların hamısını canlı izlədiniz, bizə dəstək oldunuz. Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı. Bununla belə, əminəm ki, biz yenidən əvvəlki qalib komanda olacağıq.
Ardıcıl 9 dəfə Avropa çempionatında çıxış edən millimiz yenidən əvvəlki illərdəki kimi uğurlu nəticələr üçün meydana çıxacaq. Bir daha dəstəkləriniz üçün hamınıza çox sağ ol deyirəm. Gözəl oyunlarımızın olacağı, qələbə və uğurlu nəticələr qazanacağımız növbəti yarışlarda görüşənədək”.