- Baxış sayı: 72
- 18 Mart 2026 20:11
- Baxış sayı: 20
- Mart 26, 2026
- 0

Belçikanın paytaxtı Brüsseldə, Avropa olimpiya komitələrinin (AOK) Avropa İttifaqı və beynəlxalq əlaqələr komissiyasının iclası baş tutub. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edib.
Avropa İttifaqının idman siyasətinin prioritet istiqamətləri, idman layihələri üçün mövcud maliyyə imkanları və idmançıların hüquqlarının qorunması kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Avropa komissiyasının nəsillərarası ədalət, gənclər, mədəniyyət və idman üzrə komissarı Glenn Micallef (Malta) ilə rəsmi görüş keçirilib. Söhbət zamanı idman sahəsində beynəlxalq əməkdaşlıq imkanları, gənclərin idman hərəkatında rolu və gələcək birgə layihələrin perspektivləri müzakirə edilib.
Ümumilikdə, bu iclas Avropa Olimpiya Komitələri ilə Avropa Komissiyası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.
Müzakirələr nəticəsində idman sahəsindəki mövcud çağırışlara qarşı birgə yanaşmaların tətbiqi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.