- Baxış sayı: 53
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0

Millisinin voleybolçusu Ayşən Əbdüləzimovanın yer aldığı “Sarıyer bələdiyyəsi” Sultanlar liqasının 23-cü turunda rəqib meydanında “Qalatasaray”a qalib gəlib – 3:1 (25:20, 25:18, 18:25, 25:19).
Allsport.az saytı xəbər verir ki, orta sahə oyunçusu 20 xal qazanıb. O, 13 dəfə hücumda, 7 dəfə blokda fərqlənib.
İstanbul klubu 24 xalla 16 komanda arasında 12-cidir.