- Baxış sayı: 48
- 21 Yanvar 2023 16:44
- Baxış sayı: 85
- Fevral 06, 2023
- 0
21-23 dekabrda Şüvəlan qəsəbəsindəki ağır atletika akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ölkə kuboku keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətləri, klubları, mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-dən çox idmançı mübarizə aparacaq.