- Baxış sayı: 22
- 21 Aprel 2026 10:38
- Baxış sayı: 67
- May 11, 2026
- 0

Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə dünya kuboku davam edir.
Allsport.az xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan millisinin daha bir idmançısı – Ömər Cavadov körpücük üzərinə qalxıb.
O, 73 kq çəki dərəcəsinin “C” qrupunda yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib. Ömərin yekun sıralamadakı yeri yuxarı qruplardakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.
Aprelin 11-də başa çatacaq yarışda 121 ölkədən 466 (235+231) atlet mübarizə aparır.