- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

Yunanıstanın Saloniki şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi sona yetib.
Allsport.az saytı xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan geniş heyətlə çıxış edib.
Komandamız toplam 18 medal – 8 qızıl, 5 gümüş və 5 bürünc – qazanaraq, ən yaxşılar sırasında yer alıblar.
15 yaşa qədər ağır atletlərimiz 709 xalla komanda hesabında 2-ci yer tutub.