- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Yunanıstanın Saloniki şəhərində yeniyetmələr ağırlıqqaldıranların Avropa birinciliyində Elman Kurdanov körpücük üzərinə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, yaşı 15-ə qədər olanlar arasında 67 kq-da mübarizə aparıb.
Birdən qaldırmada 100 kq-ı ram edərək, bu hərəkətdə bürünc medalına sahib çıxıb. Təkanla qaldırmada 124 kq-ı baş üzərinə qaldırıb, 2-ci yer tutub.
Toplam 224 kq (100+124) nəticə ilə idmançımız yekun sıralama da gümüş medal qazanıb.