Nazilə İsmayılova DK-də çıxışlarımıza start verdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokuna start verilib.

Allsport.az xəbər verir ki, Paris 2024 olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində 5-ci yeri tutub.

Həmin kateqoriyadan