Əli Şükürlüdən 377 kq-lıq göstərici

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kuboku davam edir.

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir idmançısı – Əli Şükürlü körpücük üzərinə qalxıb.

O, 102 kq çəki dərəcəsinin “C” qrupunda yarışıb. Atletimiz toplam 377 kq (167+210) nəticə göstərib. Əlinin yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarış aprelin 11-də başa çatacaq.

Həmin kateqoriyadan