AAF-in vitse-prezidenti BAF-ın xüsusi konqresində

Tailandın Phuket şəhərində Beynəlxalq ağırlıqqaldırma federasiyasının xüsusi konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, təbdirdə ölkəmizi AAF-in vitse-prezidenti Firdovsi Umudov təmsil edib.

Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris 2024 Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.

Firdovsi Umudov, BAF prezidenti Məhəmməd Calud və AAF prezidenti Antonio Konflitti ilə də görüş keçirib. Söhbət zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.

Həmin kateqoriyadan