İsa Rüstəmovdan 320 kq-lıq göstərici

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kuboku davam edir.

Allsport.az xəbər verir ki, bu gün milli üzvü İsa Rüstəmov körpücük üzərinə qalxıb.

O, 73 kq çəki dərəcəsinin “D” qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa aprelin 11-də yekun vurulacaq.

Həmin kateqoriyadan