- Baxış sayı: 43
- 09 Mart 2026 17:31
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva Polşada keçirilən 3-cü Avropa oyunlarında mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.
Döyüş Həmzəyeva inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da, Avropa oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.
1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.