RƏSMİ
Azərbaycan çempionatı ləğv olundu

Azərbaycan voleybol federasiyası ölkə çempionatı ilə bağlı qərarını verib. Allsport.az xəbər verir ki, AVF super liqa, yüksək liqa və 1-ci liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

Nəticədə koronavirusa görə Nazirlər kabineti yanında operativ qərargahın qərarına əsasən martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib.

Yekun qərara əsasən klublara mükafat verilməyəcək. Digər qərara əsəsən isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib.

AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb. Federasiya rəhbərliyi əcnəbilərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb.

Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb. Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.

Həmin kateqoriyadan