Azərbaycan çempionatında ilk cənubi amerikalı

“Neftçi”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 150-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi vaxtilə şərəfini qoruduğu “Xəzər Lənkəran”la qarşılaşmaya təsadüf edib.

Premyer Liqada cənub təmsilçisinin heyətində debüt edən Denis 150-yə bu komanda ilə görüşdə çatıb. Azərbaycan çempionatlarında yalnız iki klubun formasını geyən arxa xətt oyunçusu ölkəmizdəki 8 mövsümdə 8 qol vurub. 

mövsümKluboyunqol
2007/08Xəzər Lənkəran110
2008/09Xəzər Lənkəran153
2009/10Xəzər Lənkəran160
2010/11Neftçi (Bakı)291
2011/12Neftçi (Bakı)301
2012/13Neftçi (Bakı)141
2013/14Neftçi (Bakı)251
2014/15Neftçi (Bakı)101
CəmiXəzər Lənkəran423
CəmiNeftçi (Bakı)1085
Cəmi1508

Braziliyalıya qədər milliləşənlər də daxil olmaqla, 8 legioner Premyer Liqada 150 və daha çox oyun keçirmişdi. Denis bu siyahıya 9-cu oyunçu kimi daxil olub. O, çempionatda ən çox matç keçirən cənubi amerikalı olduğundan, 150-yə çatan ilk belə futbolçudur. 

yerFutbolçuoyun
1Aleksandr Çertoqanov255
2Vladimir Levin231
3Arif Daşdəmirov222
4Usim Nduka208
5Viktor İqbekoyi207
6Georgi Adamiya198
7-8Tagim Novruzov167
7-8Admir Teli167
9Denis Silva150

Həmin kateqoriyadan