Azərbaycan çempionu vaxtından əvvəl UEFA kubokunun elit mərhələsinə çıxıb

Makedoniyada təşkil olunan futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz”ın yer aldığı qrupda daha bir oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, meydan sahibi “Jelezarets” Gürcüstanın “Tiflis Dövlət Universiteti” ilə qarşılaşıb.

Qonşu ölkənin komandası təşkilatçılara futzal dərsi keçiblər – 10:0. Məhz bu nəticə “Araz”ı son turun nəticələrindən asılı olmayaraq, UEFA Kubokunun elit mərhələsinə çıxarıb.

Xatırladaq ki, Naxçıvan klubu ilk turda “Tiflis Dövlət Universiteti”nə 7:1, sonra Kosovo çempionu “Feniks”ə 1:0 hesabı ilə qalib gəlib, 6 xalla qrup lideri olub. Son turda təmsilçimizi meydan sahibi “Jelezarets”lə görüş gözləyir. “Feniks” və TDU-nun isə 3 xalı var.

Həmin kateqoriyadan