- Baxış sayı: 91
- 12 Dekabr 2025 13:52

- Baxış sayı: 166
- Dekabr 19, 2025
- 0


Çempionlar liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.
Allsport.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb.
Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu, həmçinin baş məşqçisi Biro Jadedir.
Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.