- Baxış sayı: 31
- 15 Mart 2026 21:39
- Baxış sayı: 320
- Mart 16, 2026
- 0

Martın 18-də “Azərbaycan respublikası idman rəqsləri federasiyası” ictimai birliyinin ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Toplantıda federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. Sonra ictimai birliyin adının dəyişdirilməsi və nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub. İctimai birlik bundan sonra “Azərbaycan idman rəqsləri federasiyası” adlandırılacaq.
Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Eləcə də, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.
Sonda federasiya prezidenti Əli Həşimli çıxış edərək göstərilən etimada görə təşəkkür edib.