- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
Kolumbiyada futzalçıların dünya çempionatının final mərhələsində Azərbaycan millisi qrupda 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yığmamız Medellin şəhərinin “Coliseo Ivan de Bedout” idman kompleksində iranlı həmkarları ilə görüşüb.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyənləşməyib – 3:3. Xatırladaq ki, komandamız ilk oyunda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub. Millimiz 1/8 finala çıxıb, orda Tailanl kollektivi üz-üzə gələcək.
Yarış cədvəli: İspaniya – 9 xal, Azərbaycan, İran – 4, Mərakeş – 0.