- Baxış sayı: 70
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

“Space 104” FM radiosunun “İdmanda” verilişi 2 gün ərzində dama üzrə yarış keçirməklə Azərbaycan teleradio məkanında ilk edib. Allsport.az saytı xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi ilə Dama federasiyasının dəstəyi ilə baş tutub. Qaliblərə kubok və qiymətli hədiyyələr verilib.
İlk 3 yeri müvafiq olaraq Qədir Hacıyev, Rauf Adıgözəlli və Müzəffər Şahsuvarov tutub. Belə bir yarış bir də mayda təşkil olunacaq. Qeyd edək ki, “İdmanda” verilişi həftəiçi hər gün “Space 104” FM radiosunda Elnur Əsəd və Anar Nəbinin təqdimatında yayımlanır. Verilişi efirə GİN-in dəstəyi ilə təqdim olunur.