- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların “Zəfər kuboku”nundan sonra, yüksək, super və 1-ci liqalarda fərqlənənlərin mükafatlandırması oldu.
Allsport.az saytı xəbər verir ki, bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, 2-ci Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, dövlət sərhəd xidmətinin rəis müavini Cavid Abdullayev, ali hərbi akademiyanın rəis müavini Nizami Mövlanov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, “Sərhədçi” olimpiya idman kompleksinin rəisi Elşən Mirzəyev, Azərbaycan voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev və digər rəsmilər iştirak etdilər.
Qadınların super liqanın qalibi “Abşeron” olub. “Azərreyl” 2-ci, “Murov” 3-cü ter tutub. Kişilərin yüksək dəstəsində “Murov” baş mükafata yiyələnib. “Neftçi” gümüş, MOİK bürünc medal qazanıb.
Kişilər arasında 1-ci liqanın qalibi “Təhsil”, 2-ci yerin sahibi “Azərbaycan ali hərbi məktəbi” və 3-cü olan “Murov-2” mükafatlarını alıblar.