- Baxış sayı: 58
- 26 Mart 2026 10:00
- Baxış sayı: 69
- Mart 29, 2026
- 0
Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Belarusun “Lidselmaş”, Yunanıstanın “Afina-90”, Serbiyanın “Ekonomaç” və Xorvatiyanın “Nasional” komandasının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 12-dən 15-dək Serbiyada təşkil olunacaq.