- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində final mərhələsi start götürüb.
Allsport.az xəbər verir ki, bu gün voleybol mərkəzində yüksək liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib.
Günün 1-ci matçı çempionluq üçün yarışan “Azərreyl” və “Abşeron” klubları arasında olub.
Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə “Azərreyl” 26:24 hesabı ilə üstün olub. “Abşeron” klubu ikinci hissədə çox çalışsa da set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb (25:22). Növbəti hissədə tam təşəbbüsə yiyələnən “Azərreyl” 25:13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı “Azərreyl” 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.
Sonra meydana üçüncülük üçün mübarizə aparan “Murov” və UNEC kollektivləri çıxıblar.
Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyrlərinə başa vurublar. Bununla da “Murov” bürünc medal uğrunda ilk qələbəsini qazanıb.
Komandalar bu mərhələdə 3 qələbəyədək mübarizə aparırlar.
Yüksək liqa
12 aprel
Final (1-ci oyun)
“Azərreyl” – “Abşeron”-3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda (1-ci oyun)
“Murov” – UNEC-3:0 (25:14, 25:12, 25:16)