- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Voleybol federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çağırış kubokunun 1/32 finalında supervayzer olacaq. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz noyabrın 29-da və 30-da Bakıda qadın voleybolçular arasında “Azərreyl” (AZE) – “Slaviya” (SVK) matçlarında hakimlərin işinə qiymət verəcək.
“Voleybol Mərkəzi”ndə baş tutacaq oyunlarda ilk gün matçın 1-ci hakimi Xədicə Ozmən Ulduz (Türkiyə), 2-ci hakimi isə Simeon İvanov (Bolqarıstan) olacaqlar. 2-ci gün isə türkiyəli referi 2-ci, serbiyalı Aleksandra Balandzic 1-ci ədalət təmsilçisi vəzifəsini yerinə yetirəcəklər.