- Baxış sayı: 93
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Allsport.az xəbər verir ki, günün yeganə matçında “Azərreyl” “Murov AZ Terminal”la qarşılaşıb.
İlk turda qələbə qazanan 2 komandaların duelində “Azərreyl” güclü olub. Komanda rəqibinə bir set vermədən aktivinə 3 xal yazdırıb. Hesabın 3:0 olmasına baxmayaraq, azarkeşlər bütün setlərdə gərgin mübarizə izləyiblər. Son set meydan sahiblərinin 31:29 hesablı qələbəsi ilə yekunlaşıb.
19:00. “Azərreyl” – “Murov Az Terminal” – 3:0 (25:22, 25:23, 31:29)