- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində olublar. Allsport.az saytı idman.com.az-a istinadən xəbər verir ki, direktor Fabio Millioni müəllim heyəti ilə birlikdə, nazir Azad Rəhimovu salamlayaraq təhsil müəssisəsi barədə məlumat verdi. Ümumiyyətlə, Braziliyada təhsil müəssisələrinə nadir hallarda hər hansı ölkənin adı verilir. Rio de Janeyro şəhər Legislativ Assambleyasının qərarı ilə yeni tikilən bu məktəbə məhz Azərbaycan adının verilməsi Braziliya hökümətinin ölkəmizlə dostluğa verdiyi önəmin ifadəsidir.
Qeyd edim ki, Rio şəhərinin əhalisi 10 milyondan çoxdur. Legsilativ Assambleya adlanan şəhər parlamentinin 70 deputatı var. Məktəbə Azərbaycan adının verilməsi ideyasını isə, Bakıda humanitar forumda iştirak etmiş, Joao Rikardo Ribasın təklif edib. Səsvermə zamanı böyük əksəriyyət bu layihəni lehinə səs veriblər. Şəhər meri də bu təklifi dəstəkləyib və qanunun icrası barədə sənədi imzalayıb.
Bu il martın 15-də açılışı olan orta təhsil müəssisəsi ilk gündən ölkəmizin adını daşıyır. Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada I-V siniflərdə 700-dən artıq şagird təhsil alır. Məkəbdə xüsusi olaraq Azərbaycana həsr olunmuş ayrıca otaq ayrılıb və ölkəmiz barədə təbliğat materialları ilə təmin edilib. Həmin otaqda Azərbaycanla dərnək də fəaliyyət göstərir. Uşaqlar ölkəmizlə bağlı biliklərini paylaşır, Azərbaycana həsr edilən yaradıcılıq işləri ilə məşğul olurlar. Burada Azərbaycana dair kitablar, ölkəmizə həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər də yerləşdirilib. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı da var. Həmin otaqda bu uşaqlar üçün xüsusi dərslər keçirilir.
Təhsil müəssisəsinin direktoru Fabio Minioni Azərbaycanın təbliğində, gənc nəslin ölkəmizi daha yaxşı tanımasında yeni istifadəyə verilmiş bu məktəbin gələcəkdə böyük rol oynayacağını bildirdi. Məktəblə tanışlıqdan sonra səfir Elnur Sultanov Heydər Əliyev Fondunun hədiyyələrini təhsil müəssisəsinə təqdim etdi.
Təhsil müəssisəsinin foyesində Azərbaycanda Olimpiya hərəkatını əks etdirən stendə baxan nazir Azad Rəhimov ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının xatirə medalını, eləcə də, gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı xatirə hədiyyələrini məktəbə bağışladı. Məktəbin müəllim heyəti ilə söhbət zamanı Azad Rəhimov Braziliya kimi dost ölkədə Azərbaycan adına məktəbin olmasının gələcəkdə iki dövlət arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirdi.
Məktəbin ingilis dili müəllimi Duqlas Santosla söhbət zamanı nazir Azad Rəhimova ona Azərbaycan dilini öyrənməyi məsləhət gördü. Qeyd etdi ki, bu halda tək Azərbaycana deyil, həmçinin Türkiyə və digər türkdilli ölkələrin də mədəniyyəti ilə tanış olmaq imkanı qazanacağını bildirdi. Görüşün sonunda məktəbin kollektivi ilə xatirə şəkli çəkdirildi.