- Baxış sayı: 31
- 13 Aprel 2025 22:21
- Baxış sayı: 74
- Aprel 13, 2025
- 0
“Koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O, hər hansı ölkədə koronavirus təhlükəsi ilə bağlı federasiyalarla birgə qərarların qəbul olunduğunu söyləyib:
“Hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra Tokio-2020 yay olimpiya oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.