- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Pullman” mehmanxanasında Azfar biznes liqası”nın (ABL) püşkatmasıkeçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə keçmiş AzAL komandasının vitse-prezidenti və Gənclər və İdman Nazirliyində futbol şöbəsinin rəhbəri Fikrət Hüseynov, AFFA-nın keçmiş məsul əməkdaşı Elxan Əsədov, Futzal federasiyasının baş kordinatoru Asim Xudiyev, “Zirə” futbol klubunun fəxri-prezidenti Orxan Məmmədov, klubun kapitanı Anar Nəzirov və Milan Curiç, “Ballon d`Or” müsabiqəsinin juri üzvü Rasim Mövsümzadə, kimi futbol ictimaiyyətində tanınan adlar təşrif buyurub.
İlk öncə Fikrət Hüseynov və Asim Xudiyev söz alaraq iştirakçılara uğurlar dilədilər. Sonra turnirin təşkilatçısı olan “Azfar Sport Events & Promotion”unun (ASEP) direktoru Andrey Sarıçev, Pullman otelin baş direktoru Denis Le Nohaik, “Zirə” komandasının üzvləri Anar Nəzirov və Milan Curiç qrupların tərkibini müəyyən etdilər.
Qruplardakı komandalar müəyyən olduqdan sonra turnirin baş sponsoru olan “Azfar Group”un marketinq direktoru Azər Hüseynov zaldakılara ötən həftə Tunisdə Dünya Mini-futbol Federasiyası ilə “Azfar Group” arasında imzalanan Anlaşma Memordanumu haqda xəbər verdi. O, həm də bildirdiki, sənədləşmə işləri qaydasında getsə artıq yeni ildən Azərbaycan da Dünya Mini-futbol Federasiyasına üzv olacaq. Rəsmi hissə bitdikdən sonra Elxan Əsədov və “Azfar Group”un direktoru Taleh Nəsibov isə jurnalislərə açıqlama verdi:
Elxan Əsədov: “Fikrimcə ABL böyük və ciddi layihədi. Təşkilatçılar ortaya keyfiyyətli məhsul qoymaq üçün böyük əmək sərf ediblər. Biznes sahəsində çalışanlar bu futbolçu keyifyyətlərini nümayiş etdirmək və bu layihənin bir parçası olmaq üçün əla imkan əldə ediblər. Onlar özlərini meydanda əsl ulduzlar kimi hiss edə bilərlər. ABL-də iştirak həm sağlamlıq deməkdi həm də qarşıya qoyulan hədəfə kollektiv şəkildə nail olmaq üçün bir fürsətdir. Hər oyunu canlı izləyəcəyimi söz vermirəm, lakin açılış matçında olacağam”.
Taleh Nəsibov: “Bizim özümüzün infrastruktura – stadionlara malik olduğumuzu nəzərə alıb belə liqa yaratmaq qərarına gəldik. Sübüt etməyə çalışacağıq ki, biz bu sahədə hamıdan güclüyük. Qərara gəldik ki, ilk öncə belə çempionatı Azərbaycanın tanınmış şirkətləri arasında keçirək. Biz ilk müraciət etmişlər arasından seçim etdik. Hətta kənarda qalanlar da oldu. Halbuki onlar da istəyirdi ki, bu çempionata qatılsın. Tunisdə keçirilən dünya çempionatında qonaq qismində biz də iştirak etdik və gördük ki, mini-futbola sponsorlar tərəfindən necə diqqət var. Məhz bu amillər bizi təşviq etdi ki, bizdə də belə bir qurum yaradılsın”.