“Bəxtsizlik bizdən əl çəkmədi”

Bu gün futzal millisi Niderlandda Avropa çempionatında Bosniya Hersoqovinaya 4:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görqşdən sonra baş məşqçisi Joze Alesio da Silva bunu deyib: 

“Oyunçularımı təbrik edirəm. Bu gün yaxşı oynadıq. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVID-19 testi pozitiv çıxdı.

Onlar sağaldı, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik.

Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər”.

Həmin kateqoriyadan