- Baxış sayı: 59
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Bakı” – “Qəbələ” matçından sonra xoşagəlməz hadisə baş verib. Allsport.az xəbər verir ki, qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında mübahisə yaranıb. Artıq paytaxt klubu bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:
“Bakı” Futbol Klubu bəyan edir ki, azarkeşlər ilə futbolçular arasında münasibətlərin bu həddə çatması yolverilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik. Hər birimizin bir məqsədi olmalıdır – Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək”.