Bakı çempionatının qalib qadın cüdoçuları

Oktyabrın 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində kişilər və qadınların cüdo üzrə açıq Bakı çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək rəqabətdə 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qadınlar arasında bütün çəki dərəcələrində qaliblər müəyyənləşi: Aynur Camalova (48 kq), Gülnar Paşayeva (52 kq), Şəfəq Məmmədova (57 kq), Nuriyyə Axundova (63 kq), Südabə Ağayeva (70 kq) və Mehriban İmanzadə (78 kq).

Kişilərin mübarizəsində Yaşar Nəcəfov (66 kq) və Əkbər Quliyev (81 kq) 1-ci yer tutublar.

Həmin kateqoriyadan