- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voley millimiz, Mingəçevir toplanışının ardınca Bakıdakı məşqləri də başa vurub. Allsport.az saytı xəbər verir ki, Vüqar Əliyevin komandası 4 yoxlama oyunu da keçirib. Yığmamız qitə çempionatının iştirakçıları olan Belarus və Macarıstan ilə görüşlərin birində qələbə qazanıb.
İyulun 11-dən 25-nə kimi Bakıda təlim-məşq keçən komandamız, artıq bu gün Yunanıstana yola düşüb. Hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-dan avqustun 16-a qədər burada, ardınca Macarıstanda və Bosniya və Hersoqovinada hazırlığa qatılacaq və yoxlama oyunlarında qüvvəsini sınayacaq.