Bakı birinciliyə start

Bu gün boks üzrə kadetlər arasında Bakı zonasının birinciliyinə start verilib.

Allsport.az xəbər verir ki, Cənub və Şimal zonasından sonra baş tutan yarış paytaxtda boks mərkəzində keçirilir.

Birinciliyə Bakının müxtəlif klublarını və idman cəmiyyətlərini təmsil edən 34 komanda qatılıb.

17 çəki dərəcəsində 188 boksçu mübarizə aparacaq.

İlk 4 yeri tutanlar və ya yarımfinala yüksələcək idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 5 gün davam edəcək.

Birinciliyin açılış mərasimində çıxış edən Azərbaycan boks federasiyası prezidentinin müşaviri Samir Hüseynov öncə faşizm üzərində qələbə və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə iştirakçıları təbrik edib.

Zona yarışlarının ən güclüləri Bakı birinciliyində mübarizə aparacaq: “Ölkədə boksun daha da inkişafı üçün məktəblərdən, aşağı yaş qruplarından başlanılıb. Məqsəd potensiallı idmançıların ölkə xaricində də uğurlu çıxışına hesablanıb. Hazırda böyüklərdən ibarət komandamız Daşkənddə dünya çempionatında iştirak edir. Onların uğurla qayıdacağına inanırıq”.

Növbəti turnirlər Qərb, Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq. Qərb zonasında ən güclü 3, Sumqayıt birinciliyində 2, Naxçıvan zonasında 1 boksçu Azərbaycan birinciliyinə vəsiqə qazanacaq.

Bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir

Həmin kateqoriyadan