Barselona trası süni sulanacaq, yağış təkərləri sınaqdan keçiriləcək

Barselona trasının rəhbərliyi 2017-ci il birinci mövsümöncəsi testlərinin 4-cü günündə yağış üçün təkərləri sınaqdan keçirəcəklərini rəsmən təsdiq edib. Allsport.az saytının f-1.az-a istinadən xəbərinə görə, bu, “Pirelli” şirkətinin təşəbbüsü ilə edilir. İtaliya istehsalçısı istəyir ki, komandalar cari mövsüm üçün hazırlanan yağış təkərlərini yaxşı tanısınlar.

İlk mövsümöncəsi testlər fevralın 27-də Barselonada başlayacaq və bu testlərin 4-cü günündə tras süni formada sulanacaq. Beləliklə, yağış təkərləri test ediləcək. Amma testlərin ilk 3 günündə yağış yağsa, onda bu planda dəyişiklik baş verə bilər. Hazırkı proqnozlara əsasən isə, yağış olmayacaq.

Barselona trasının süni formada necə sulanması sosial şəbəkələrdə göstərilib. Xatırladaq ki, keçmişdə trası süni sulamaq istəsələr də, asfalt örtüyündə suyun bərabər yaılmasını təmin edə bilmirdilər…

Həmin kateqoriyadan