- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin fevralın 27-dən start verdiyi, 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində voleybol turnirinə start verilib.
Allsport.az saytı xəbər verir ki, AVF-in idman zalında təşkil olunan yarışdan öncə turnirin açılış mərasimi olub. AVF-nin baş katibi Fərid Xəlilov və GİN-nin sektor müdiri Nicat Həsənov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Ardınca yarışın ilk matçının start fiti verilib. Bakı şəhərinin gənclər və idman idarələrinin əməkdaşlarından ibarət “Bakı” və gənclər və idman nazirliyinin GİN komandasına 2:0 (25:19, 25:18) hesabı ilə qalib gəlib. AVF-in “Veteranlar”ı isə eyni hesabla “Media”nı (25:7, 25:7) məğlub edib.
Reqlamentə əsasən, sabah 1-ci yer uğrunda “Veteranlar”la “Bakı”, 3-cü yer üçün “Media” və “GİN” komandası ilə mübarizə aparacaq.