- Baxış sayı: 11
- 11 Mart 2026 15:24
- Baxış sayı: 48
- Mart 11, 2026
- 0

“Sabah” premyer liqada ən böyükhesablı ev qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Bakı klubu Azərbaycan premyer liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da premyer liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.
“Sabah” premyer liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə premyer liqa görüşündə bu qədər qol vurub.