- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

Beynəlxalq boks assosiasiyası (BBA) 7 milli federasiyanın üzvlüyünü dayandırıb.
Allsport.az xəbər verir ki, Yeni Zelandiya, Almaniya, İsveç və Niderland boks federasiyaları BBA-nın qayda və ya qaydalarını pozmaqda təqsirli bilinib.
ABŞ-dan olan boksçuların iştirakına icazə verilən beynəlxalq turnirin təşkilinə görə Çexiya boks assosiasiyasına üzvlük dayandırılıb. Aprelin sonunda ABŞ boks federasiyası BBA-daki üzvlüyünə xitam verdiyini elan edib.
BBA-nın direktorlar şurası qurumun üzvlük siyasətinə uyğun olaraq illik hesabatlarını təqdim etməyən Liberiya və Ekvatorial Qvineya boks federasiyasının üzvlüyünü dayandırıb.