- Baxış sayı: 38
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Kişilər arasında ACF turunun birinci turniri başa çatıb
Allsport.az xəbər verir ki, 19 apreldə Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.
Bu il 3 belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı böyük dəbilqə turnirinə vəsiqə qazanacaq.
Medalçıların siyahısını təqdim edirik:
60 kq
1. Kənan İsmayılov
2. Nazir Talıbov
3. Əhməd Yusifov – Rövşən Əliyev
66 kq
1. Ruslan Paşayev
2. Kəramət Hüseynov
3. Tofiq Əliyev – Tofiq Əliyev
73 kq
1. Rəşid Məmmədəliyev
2. İbrahim Əliyev
3. Rüfət Şovlatov – Nurlan Osmanov
81 kq
1. Zelim Tçkayev
2. Məmmədrza Hacızadə
3. Kərim Allahverdiyev – Məhərrəm İmamverdiyev
90 kq
1. Elcan Hacıyev
2. Musa Hüseynli
3. İbrahim Ağakişiyev – Nihad Şıxəlizadə
100 kq
1. Adil Kərimli
2. Aslan Mirzəyev
3. Ruslan Nəsirli
100 kq-dan yuxarı
1. Camal Qamzatxanov
2. Sabir İsayev
3. Toğrul Salmanov – Qurban Məmmədli