- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beyləqan olimpiya idman kompleksində Aran-Mil-Muğan bölgəsindən olan məşqçilər üçün seminar olub.
Allsport.az saytı xəbər verir ki, məğələ beynəlxalq “B” dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib. Cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan cüdo federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.