Beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük ipək yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan boks dederasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, turnirə güclü komandaların qatıldığını deyib.

Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapounciyev təşkilat komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Boks nərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar. Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlayacaq.

Həmin kateqoriyadan