- Baxış sayı: 36
- 20 Dekabr 2024 16:32
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Azərbaycanın boks üzrə milli komandanın böyük məşqçisi Nəriman Abdullayev yığmamızın da iştirak etdiyi dünya çempionatını dəyərləndirib. Onun sözlərinə görə, mundialda bəzi ölkələrin idmançıları çıxış etməsə də, çox çətin yarış keçib:
“Güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba komandaları çox yaxşı çıxış etdilər. Əgər digər ölkələr olsaydı belə bu yığmalar yenə sözünü deyəcəkdi. Millimizə gəlincə, bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki… Bəzi döyüşlərdə üstünlük olurdu, lakin əlavə hakimlər nəticəni dəyişə bilirdilər. Məsələn, bu hal Nicat Hüseynovun görüşündə yaşandı. Hesab boksçumuzun xeyrinə idi, lakin əlavə hakimlər üstünlüyü rəqibə verdilər. Qarşıda bizi Avropa oyunları gözləyir. Vaxt da çox az qalıb. Ümid edirəm ki, Avropa oyunlarında komandamız daha uğurlu çıxış edəcək”.