Dünya çempionu əməkdar idman ustası oldu

Allsport.az xəbər verir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov boksçu Dmitri Bivola əməkdar idman ustası nişanını və sertifikatını təqdim edib. Karyerası ərzində məğlub olmayan rusiyalı, VBA versiyası üzrə dünya çempionudur (79,4 kq)

Beqlov bu əlamətdar hadisə ilə bağlı Dmitrinin ünvanına belə fikirlər səsləndirib: “Bu titul sizin əməyiniz, qələbə əzminiz, gərgin məşqləriniz və rinqdə parlaq döyüşlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, qarşıda sizi yeni qələbələr gözləyir”.

O, Rusiya dövlət bədən tərbiyəsi, idman və sağlamlıq universitetinin məzunudur.

Son döyüşündə Dmitri bu görüşə qədər uduzmayan meksikalı Gilberto Ramires ilə qarşılaşıb. Duel 2022-ci il noyabrın 5-də Əbu-Dabidə (BƏƏ) “Matxrum Boksinq” şirkəti tərəfindən təşkil olunmuş gecədə baş verib. Bivol yekdil qərarla qalib gəlib.

Həmin kateqoriyadan