- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi voleybolçulardan ibarət milli “Sərhədçi” olimpiya idman mərkəzində Avropa çempionatının təsnifatına və İslam oyunlarına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın hücumçusu Vüqar Bayramov durumu belə dəyərləndirib:
“Bu il Qazaxıstanın “Taraz” klubunda çıxış edirdim. Çempionat oyunları gec başa çatdığına görə bir neçə gündür ki, milli komandanın məşqlərinə qoşulmuşam. Bizi 2 böyük yarış gözləyir. Çalışacağıq ki, hər iki yarışda bizə olan etimadı doğruldaq. Komandamıza uğurlar arzu edirəm”.