Bizimkilər 3-cü səbətdə

Mayın 30-u, saat 15:15-də final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) Avro-2026-nın əsas mərhələsinin püşkü atılacaq. Allsport.az saytı xəbər verir ki, 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Artıq komandalar UEFA reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb. Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq. 3-cü səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

1-ci səbət (qrupunun 4-cüsü)
Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya

2-ci səbət (qrupunun 3-cüsü)
Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka

3-cü səbət (qrupunun 2-cisi)
Niderland, İtaliya, Çex Respublikası, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 1-cisi)
Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya

Həmin kateqoriyadan