- Baxış sayı: 62
- 03 Mart 2026 14:22
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Boks üzrə ağır çəkidə sabiq müvəqqəti dünya çempionu Cozef Parkerin dopinq testi müsbət nəticə verib. Allsport.az xəbər verir ki, Parkerin analizində kokain izləri aşkar edilib.
Yeni zelandiyalı boksçu dopinq testini oktyabrın 25-də Fabio Uordliyə məğlub olduqdan sonra verib. 33 yaşlı idmançı həmin döyüşdə 11-ci raundda texniki nokautla məğlub olmuşdu.
İndi Parkerin uzunmüddətli diskvalifikasiya ilə üzləşəcəyi gözlənilir. Onun ən azı iki il müddətinə yarışlardan kənarlaşdırılması güman edilir.