Boksçular Aktaudakı yarışda

Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Allsport.az xəbər verir ki, Şokır Beltekulının xatirəsinə keçiriləcək və 5 gün davam edəcək “A” kateqoriyalı ənənəvi yarışda Azərbaycan komandası da mübarizə aparacaq.

Turnirdə məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.

Bu gün səfərə yollanan komandamız sentyabrın 7-də Bakıya qayıdacaq.  

Həmin kateqoriyadan