- Baxış sayı: 29
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bu gün III MDB oyunları çərçivəsində Yevlax olimpiya idman kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.
Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.
Dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.