Boksçularımız ölkəyə döndülər

Tailandın paytaxtı Banqkokda keçirilən boks üzrə II dünya olimpiya təsnifat turnirində iştirak edən Azərbaycan milli komandası, o cümlədən lisenziya qazanmış boksçularımız Malik Həsənov və Alfonso Dominqes vətənə qayıdıblar.

Allsport.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev beynəlxalq hava limanında gənclər və idman nazirliyinin, Azərbaycan boks federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Həmin kateqoriyadan