Boksu Paris-2024-ün proqramından çıxarmaqla hədələyir

Beynəlxalq olimpiya komitəsi, Beynəlxalq boks assosiasiyasının işindən narazı qaldığı üçün, boksun Paris yay olimpiya oyunlarından çıxarılmasını nəzərdən keçirir.

Allsport.az saytı xəbər verir ki, dekabrda BOK bu təşkilatın tanınması ilə bağlı qərarı qüvvədə saxlayıb, təşkilatın inzibati və maliyyə idarəetməsi tələblərinə cavab vermədiyini qeyd edib.

Tokio-2020-də olduğu kimi, Paris-2024-də boks turniri BOK tərəfindən keçiriləcək. Sözü gedən idman növü hazırda Los Ancelesdə-2028 olimpiadanın proqramına daxil edilməyib.

Həmin kateqoriyadan