- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Əfsanəvi amerikalı boksçu, keçmiş mütləq dünya çempionu Mayk Tayson yeni döyüşünü açıqlayıb.
Allsport.az xəbər verir ki, “Dəmir Mayk” beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezerlə döyüşmək üçün müqavilə imzalayıb. Görüşün tarixi və yeri ilə bağlı heç bir təfərrüat yoxdur, yeganə məlumat onun gələn il təşkil olunmasıdır.
Tayson son döyüşünü 2024-cü ilin noyabrında bloqçu və boksçu Ceyk Paula qarşı keçirib. O, hakimlərin qərarı ilə uduzub. Meyvezer keçən ilin yayında Con Qotti III ilə döyüşmüşdü və bu görüş qalib elan edilmədən başa çatmışdı.