- Baxış sayı: 37
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Bu gün futzalçılarımız FHN-in idman-sağlamlıq mərkəzində Ukrayna millisinə 0:4 uduzublar. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Joze Alesio Da Silva açıqlama verib:
“Əslində, oyunun bu şəkildə keçəcəyini gözləyirdim. Çünki 5-6 gün məşq etmək bu cür oyuna hazırlaşmaq baxımından azdır. Çünki legionçu həyatı yaşayan futzalçılarımız 6-7 aydır ki, öz klublarındakı baş məşqçilərinin taktiki sxemi əsasında oynayırdılar.
Onları öz oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır. Bolinyanın qırmızı vərəqə alması da işimizi çətinləşdirdi. Ona qədər hadisələr istədiyim kimi cərəyan edirdi. Ondan sora səhvlərimiz çoxaldı. Ardıcıl səhvlərin nəticəsində isə qollar buraxdıq.
Bu cür oyunlar da həmin səhvləri aşkarlamaq üçündür. Daha çox işləməli, vacib turnirə hazırlaşmalıyıq. Bu rəqiblə daha bir oyun keçirəcəyik. Nələrisə dəyişməyə çalışacağıq”.